Hansı qidalar xərçəng yaradır?

Son güncelleme: 30.09.2012 10:59
  • Xərçəng yaradan qidalar - Hansı qidalar xərçəng yaradır?

    Alimlər soyutma qidaları məsləhət görürlər

    Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər. ANS PRESS-in məlumatına görə, alimlər 120 dərəcədən az temperaturda bişiərilən qidaların daha xeyirli olduğunu qeyd edirlər.

    Akrilamidin daha çox tərkibində nişasta olan çörək, kartof qızartması və digər qənnadı məmulatlarında daha çox olduğu bildirilir.

    Alimlər bu cür qidaları nisbətən aşağı temperaturda tədricən bişirməyi məsləhət görürlər. Alimlər suda pörtülmüş qidaların insan orqanizmi üçün daha xeyirli olduğunu bir daha vurğulayıblar

    alıntı
#30.09.2012 10:59 0 0 0