Gündüz makiyajının hiylələri

Son güncelleme: 04.10.2012 01:13
  • Qadın dünyası - Makyaj - Gündüz makiyajının hiylələri

    Müasir şəhər dinamikasında məharətli makiyaj artıq tələb deyil, nəzakət qaydasıdır. Gözəlliyin vəfasız rəfiqəsi olan dəbin işvələrinə uymağa çalışaraq, çox vaxt biz gündüz ilə gecə makiyajını ayıran görünməz cizgini aşmaq təhlükəsi ilə üzləşirik. Gündüz makiyajı öz təbiiliyi və zərif rəng çalarları ilə seçilir.
    Gündüz makiyajında ən vacib olan - vurğuları düzgün və ifadəli etməkdir. Vizajistlər kosmetika "çəkilərindən" qaçınmağı məsləhət görürlər, hədsiz parlaqlıq gözəlliyi artırmır, lakin görünüşünüzü əlvanlıq və ağırlıq ilə yükləyir. Adətən, bu eksperimentlərin qurbanına makiyaj növlərinin arasındakı incə cizgini duya bilməyən xanımlarımız çevrilir.
    Baza hazırlayırıq
    Makiyajın bazası - əsas və hətta demək olar ki, ən əsas ştrixdir. Tonal kremlər cildin rəngini hamarlayır, rənglər isə daha yaxşı çəkilir və professional təməldə daha uzun müddət qalır. Tonal vasitənin bir çox çəkilmə üsulu var. Adətən, tonal vasitədən üz, boyun və dekolte hissəsində istifadə edirlər. Tonal kremdən sonra üz daha cavan görsənir, belə vasitələr xırda qırışıqları açır və kələ-kötürlüyü örtür.

    Yaxşısı budur bazadan sui-istifadə etməyin - onun böyük miqdarı əks təsir göstərir: qırışları doldurur: cildinizin qüsurlarını üzə çıxardır və maska effekti yaradır. Müasir vasitələr - korrektorlar tonal kremi xatırladır, lakin istifadəsi fərqlidir. O, lokal defektləri gizlətməyə yardım edir - qızarıqlıqlar və gözaltı kölgələri.
    Plastikanın əvəzinə
    Kosmetika çantamızda mütləq toz kirşan olmalıdır - bu hər tona uyğundur. ənlik və kirşan üçün iri fırçalardan istifadə edin. Bilirsinizmi ki, düzgün çəkilmiş ənlik üz qüsurlarını gizlətməyə kömək edir. Onların köməyi ilə hədsiz girdəliyi və üçbucaq üz formasının sərt çizgilərini örtmək olar. Və bu hələ son deyil. Ənlik burun və almacıq sümüyünün qüsurlarını da örtmək üçün köməkçiniz olacaq.
    Retro tərzi olan çizgilər
    Adətən gündüz makiyajı zamanı yüngül tonu olan göz kölgələrindən istifadə edilir, gözləri qələm vasitəsi ilə vurğulamaq olar. Moda evləri öz qapılarını retro tərzinə qapılarını açıb buna görə də. gündüz makiyajında çizgilər yenidən dəbdədir. Çizgilər üçün ənənəvi üsul - qara qələmdir, lakin zövqə görə digər rəngləri də seçə bilərsiniz. Bütün göz ətrafına qara qələm çəkmək israrla məsləhət görülmür - dəb qanunvericilərinin fikrinə əsasən bu səhv görünüş verir.
    Parlaq dodaqlar
    Gündüz makiyajı üçün yüngül rəng çaları olan dodaq boyaları uyğundur, dodaq parladıcısı istifadə etməniz isə daha yaxşı olar. Formanı düzəltmək qələm vasitəsilə mümkündür, lakin əgər dodaq cizgiləriniz dəqiq ifadəyə sahibdirsə, parladıcəı və dodaq boyası kifayət edər. Nəzərə alın ki, dodaq qələmi dodaq boyasının rənginə uymalıdır,biraz tünd də ola bilər.
    Zərif qaşlar
    Uyğun makiyaj bütün xırdalıqlara qarşı diqqət tələb edir, qaşlar da istisna deyil. qaşlara forma və tam görünüş vermək üçün düzgün seçilmiş kölgə yaxud qaş üçün qələmdən istifadə edə bilərsiniz. Dəqiq və tünd çizgilərdən qaçın, maksimal təbiiliyi əldə etməyə çalışın.
    Gündüz makiyajında vizajistlər gecə makiyajının hissəsi hesab edilən zərin istifadəsini məsləhət görmürlər. Bu sadə qaydalara uyun və gözəl olun!

    alıntı
#02.10.2012 23:48 0 0 0
  • Canım;

    Ben makyaj yapmayı sevmiyorum.
    Kendi yüzümle çıkıyorum milletin karşısına.
    Beğenmeyen bakmasın diyorum
    Ellerin dert görmesin Canısı, binlerce teşekkürler
#03.10.2012 23:22 0 0 0
  • Bende sevmem gülümcan makyajı :)
    saolasan meleg yüreglim ÖpdümCokkkkkkkkk Teşekkürler balım
#04.10.2012 00:43 0 0 0
  • bence makyaj kadını çirkinleştiriyor. en güzel kadın sabah uyanınca daha hiç bakım yapmamış kadının doğal halidir.
    bir de ağlarken bütün doğal güzellikleri ortaya çıkar...
    makyaja antipati duyduğumdan bu konuya girdim yorumları görünce
#04.10.2012 00:45 0 0 0
  • güzel fikir bencede makyaj kadını çirkinleştiriyor,doğru allah veren güzelik daha iyi hakklısın arkadaşım
    makyaj neye lazım ki:)
#04.10.2012 00:55 0 0 0
  • gerçi maalesef insanlar makyaj yapsa da, yapmasa da türlü-türlü maskeler takıyor o ayrı konu...

    o nedenle iğreniyorum maskelerden, makyajlardan, kamuflajlardan...

    sahte isimli msn ler, face hesapları... birden fazla forum nickleri...
#04.10.2012 01:03 0 0 0
  • evet öyle bende sevmem asla allah öylelerden korsun arkadaşım
#04.10.2012 01:12 0 0 0
  • amin...
#04.10.2012 01:13 0 0 0