Bu gün səhər tanınmış müğənni Samir Bağırov haqqında şok xəbər yayılıb.
Lent.az-ın məlumatına görə, bir sıra xəbər saytlarında müğənninin intihara cəhd etdiyi yazılıb.
Məsələ ilə bağlı müğənnin özü ilə əlaqə saxladıq. Lent.az-a açıqlama verən Samir Bağırov gülərək deyilənləri təkzib etdi, bildirdi ki, hazırda yeni layihəsi üzərində çalışır: "Mənim haqqımda yayılan birinci şayiə deyil. Haqqımda dəfələrlə şayiələr gəzib. Bu da onlardan biridir. Mən çox yaxşıyam. Həyatımda hər şey qaydasındadır. Haqqımda deyilənlər cəfəngiyatdır".