Nəyə Görə Qarnı Üstdə Yatmaq Ziyandır?

Son güncelleme: 07.10.2012 13:45
  • Nəyə görə qarnı üstdə yatmaq ziyandır?

    Hər birimiz müxtəlif cür yatırıq: bəziləri böyrü üstə yatmağa üstünlük verir, digərləri arxası üstə. Amma elə insanlar da var ki, ancaq qarnı üstə yatırlar.


    Bu arada qeyd etməliyik ki, ispan həkimlər xəbərdarlıq edirlər: qarnı üstdə yatmaq çox ziyanlıdır. Bu vərdiş həm xarici görünüşə, həm də cinsi həyata çox neqativ təsir göstərir. Məsələ ondadır ki, qarnı üstdə yatarkən biz daxili orqanlarımıza həddən artıq təzyiq yaradırıq. Üzünüzdə şişlər və qırışlar yaranır, nəfəs alma çətinləşir və beləcə sağlamlığımız pozulur. Bu poza xüsusilə hamilə qadınlar üçün ziyanlıdır.

    Qarnı üstdə yatmaq üzümüzlə bərabər boyun, üz və sinədə qırışların yaranmasına səbəb olur. Eyni zamanda, böyüklərimizdən də yəqin eşitmisiniz, Allaha ən ağır gedən şeylərdən biri yatarkən bəndəsinin ona arxasını çevirməsidir. Əgər sağlam olmaq istəyirsinizsə, çalışın arxası üstdə, maksimum böyrü üstdə yatasınız. Qarnı üstdə heç vaxt yatmayın.

    ALINTI
#07.10.2012 13:45 0 0 0