Badımcandan bol bol istifadə edin

Son güncelleme:
  • Badımcan faydalar

    Kalorisi aşağı olan badımcan A, B və C vitaminləri ilə zəngindir. Tərkibində dəmir, fosfor, maqnezium mineralları da var.

    Qan təzyiqini aşağı salmaqla yanaşı sinirləri də sakitləşdirir.
    Bağırsaq problemi olan insanların badımcandan bol-bol istifadə etməsi məsləhət görülür. Qanda şəkəri aşağı salır və damarlarda qanın yaxşı işləməsinə kömək edir.
    Pəhriz saxlayan adamlar üçün ən gözəl vasitələrdən biridir. Arıqlamağa böyük köməklik edir.
    Qaraciyərın düzgün işləməsinə yardım edir.

    Qan azlığını aradan qaldırır.
    Əgər dəridə yanıq varsa, badımcanı ət maşınından keçirib yanıq üzərinə qoyun. O, yanıq ağrısını götürür və tez sağalmasına kömək edir.
    Böyrəklərin yaxşı işləməsinə kömək edir. Sidikqovucu xassəyə malikdir.
    Əgər acıdır deyə badımcandan imtina edirsinizsə, duzlu suda saxlamaqla onun acısını çıxara bilərsiniz.
    Hər bir meyvə-tərəvəzi mövsümünə görə yeyək və sağlam olaq.
0 0 0