Armud və heyvanın faydaları

Son güncelleme:
  • Armud və heyvanın faydaları haqqda

    Əziz qadınlar, hər birimiz meyvələrin dadını və faydalarını az-çox bilirik. Bu dəfə isə sizlərə armud və heyvanın faydalarından yazmaq istəyirəm.


    Dadlı meyvələrdən biri olan armud əslində çox xeyirli bir meyvə imiş.Armud qanı təmizləyir,yüksək təyziqi aşağı salır,böyrəklərdəki duzu və daşı təmizləyir.Həmçinin qan azlığını aradan qaldırır və qəbizliyi normaya salır.Zehnində problem olan insanlar armuddan çox istifadə etməlidirlər.Həzm sistemini asanıaşdırır.Əsəblərin sakitləşməyində böyük rolu var.Məhz həzm sistemində problemi olan səxslər yeməkdən əvvəl yesələr lap yaxşı təsir göstərər.


    Heyva isə mədə-bagırsağa,qanı təmizləməyə,qaraciyərdəki fəsadları aradan qaldırmağa kömək edir.Ürək döyüntüsü yüksək olanlar heyvadan cox istifadə etməlidirlər.Heyva ürək qan-damar sistemini tənzimləyir, həmçinin ürək döyüntüsünü azaldır.Allergiya və egzema xəstəliyi olan insanlar heyvanı daha çox yeməli, ya da çayını içməlidir. Ağızdan su gəlməyini və qan qusmanın qabağını təcili alır. Həmçinin qrip olan xəstələrə də heyva çayı verilsə, tez sağalar.
0 0 0