Qozlu - ananaslı kekslər

Son güncelleme:
  • Şirin xəmir işləri - keksler

    Tərkibi:

    2 st un

    3/4 st şəkər tozu

    1 yumurta

    60 ml bitki yağı

    250 qr xama

    100 qr qoz

    Bir banka konservləşdirilmiş ananas

    1 paket qabartma tozu


    Hazırlanması:

    Şəkər tozu, yumurta, yağ və xama birlikdə çalınır.

    Un və qabartma tozu əlavə edilib qarışdırılır.

    Daha sonra qoz və ananas əlavə edilib qarışdırılır.

    Xəmir formalara doldurulur. 20-25 dəqiqə 200 dərəcədə qızdırılmış sobada bişirilir.


    Kekslərimiz hazırdır.

    Nuş olsun!
0 0 0