Saçlara Qulluq

Son güncelleme: 19.10.2012 21:41
  • Saçlara - Saçlara qulluq - Saçlara nece qulluq edek? - Qatıq maskası

    Mağaza rəflərində saçlara qulluq üçün çox gözəl vasitələr tapmaq olar.
    Saç ucları və ya saç kökləri üçün; uzun və ya qısa saçlar üçün; sarışınlar və ya qaraşınlar üçün - istənilən zövqə, rəngə və mövsümə uyğun vasitələr tapılacaq.
    Əsas məsələ saçlarınıza qulluq üçün sizin xərcləyə biləcəyiniz məbləğdir. Yaxşı, həqiqətən xeyirli vasitələr isə o qədər də ucuz deyillər. Əvəzində demək olar ki, qəpik-quruşa ev şəraitində tam təbii maskalar hazırlamaq mümkündür. Bunlardan birini sizlərə təqdim edirəm.

    Qatıq maskası

    İnqredientlər; qatıq

    İstifadə qaydası: qatığı bütün saçlarınıza elə sürtürsünüz ki, quru və sürtülməməiş saç qalmasın; saçların dibini də massaj eləyin. Üzərindən başınızı polietilen plyonka ilə örtün ki, hamam effekti yaransın və dəsmalla da bağlayın. İki saat saxlayıb sonra isti su və şampunla yuyun

    Nəticə: yumşaqlıq, qidalanma. Saçlarınız yumşaq, hamar və parlaq olacaqlar. Həftədə bir dəfə bu maskadan istifadə etmək olar.

    alıntı
#19.10.2012 21:41 0 0 0