Göylər Səninçün Ağlayır

Son güncelleme: 21.10.2012 00:03
  • Göylər səninçün ağlayır şeri - Göylər səninçün ağlayır dini şeri dinle

    Nuru itibdi gözlərin,
    Gözlər səninçün ağlayır.
    Təsiri yoxdu sözlərin,
    Sözlər səninçün ağlayır.

    Kimlər kəsibdir başını?
    Qolsuz qoyub qardaşını?
    Şair tökür göz yaşını
    Gözlər, səninçün ağlayır.

    Həsrət qalıb izlərinə,
    Məs o yer ki, gəldi bəla,
    Qan ağlayır Kərbübəla,
    İzlər səninçün ağlayır.

    O kəslər ki, İlahidən
    Ürək vurur, sağam deyir,
    Şəhid olan ağam deyir
    Dillər, səninçün ağlayır.

    Qalmayıbdı bu dünyanın
    Ləzzəti bilməm bu nə sirr.
    Sənsiz keçən on dörd əsr,
    İllər səninçün ağlayır.

    Gözlər hər an gəzir səni,
    Dillər adinla dolaşır,
    Çaylar, sular, sellər daşır,
    Yerlər səninçün ağlayır.

    Qələm yazır tükənmədən,
    Dilim mənə danış deyir.
    Göydən yağan yağış deyir,
    Göylər səninçün ağlayır.

    alıntı
#21.10.2012 00:03 0 0 0