Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmanlığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yola dəvət edilmişlər. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən biləcəkləri zamanları çox olmuşdur.
Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər.
İnsan təhlükə ilə üzləşdiyində vicdan heyrətamiz sürətlə hər şeyin hesabatını aparmağa başlayır. Dünyada keçirdiyi ömrünü və bu müddətdə gördüyü işləri bir-bir qiymətləndirir.
Əgər bu adam dünyada yaxşı işlər görməyibsə, Allahın dininə riayət etməyibsə, o zaman içini böyük peşmanlıq bürüyür. Həyatı boyu heç vaxt düşünmədiyi həqiqətlər bir anda bütün açıqlığı ilə gözünün qarşısına gəlir.
Bəlkə də həyatında ilk dəfə ölümün həqiqətən çox yaxın olduğunun fərqinə varır. Cənnətə layiq olan ömür sürmədiyini və keçirdiyi peşmanlıq hissinin də bundan qaynaqlandığını düşünüb anlayır.
Allaha qarşı etdiyi nankorluğu dərk edirk və bu davranışının əvəzsiz qalmayacağını da vicdanı ilə hiss edir. O ana qədər heç vaxt keçirmədiyi qorxu hissi içini bürüyür. Bu vəziyyətdən onu yalnız Allahın qurtara biləcəyini anlayır.
Əgər xilas olsa, bundan sonra yaşadıqlarını qətiyyən unutmayacağına, Allaha çox şükür edəcəyinə və həyatının qalan qismini Allahın rizasına uyğun yaşacağına dair söz verir. O təhlükədən xilas olmaq üçün yalvara-yalvara Allaha dua edir. Yetər ki, xilas olsun və əlinə bir daha yaşamaq fürsəti düşsün...