Düymə Kurabiyəsi

Son güncelleme: 22.10.2012 15:43
  • Düymə Kurabiyəsi terfi - Düymə Kurabiyəsinin hazırlanışı

    Tərkibi:

    1 paket vanil
    1.5 st un
    100 qr marqarin
    1 ədəd yumurta
    1 st qarğıdalı nişastası
    1.5 st pudra şəkər
    Qida boyaları (yaşıl, narıncı, çəhrayı)

    Hazırlanması:

    Dərin bir qabın içinə marqarin, şəkəri vanil və nişastanı əlavə edib qarışdırın az-az un əlavə edərək yoğurun. (Lazım olsa un əlavə edə bilərsiniz). Xəmirdən parçalar ayırın və hər xəmiri fərqli qida boyalarıyla rəngləndirin. Təmiz bir yerdə mərdanə (qalın oxlov ) köməyiylə xəmiri açın kiçik stəkan ağzıyla yumrular kəsin və yağlanmış soba listinə yığın, üzərində dəliklər meydana gətirin. 170 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişirin və xidmət edin.

    nuş olsun!
#22.10.2012 15:43 0 0 0