Bu axşam Rafet el Roman Bakıda pulsuz konsert verəcək

Son güncelleme: 27.10.2012 18:29
  • Mehşurlar

    noimage

    Türkiyənin tanınmış müğənnisi Rafet El Roman yenidən Bakıdadır.

    Lent.az-ın məlumatına görə, dünən gecə saatlarında Bakıya gələn müğənni, bu axşam paytaxtda konsert proqramı ilə çıxış edəcək. Müğənninin budəfəki konsert proqramı Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində konsert-tədbirlər sırasındadır.

    Türkiyəli müğənni saat 20:30-da saat qülləsinin yanında quraşdırılmış səhnədə orkestrlə canlı ifalar təqdim edəcək. Konsertə yerli şou-biznes nümayəndələri də qatılacaq.

    Qeyd edək ki, müğənni dekabrın 31-də, Yeni İl gecəsi Qəbələdə yerləşən "Qafqaz Riverside" otelində də konsert proqramı ilə çıxış edəcək.

    Jalə
#27.10.2012 18:29 0 0 0