Elza Seyidcahan Həmkarının Cavabını Verdi

Son güncelleme: 27.10.2012 18:33
  • Mehşurlar

    noimage

    Azərbaycanın əməkdar artisti Elza Seyidcahan həmkarının duet təklifinə razılıq verib.

    Lent.az-a açıqlama verən müğənni bu barədə danışıb: "Ötən gün əməkdar artist Cavan Zeynallı mənə duet təklifi edib. Cavan müəllim illərdir ki, Azərbaycan musiqisinə xidmət edir. Məhz ondan bu təklifi eşitmək mənim üçün çox xoş oldu. Artıq bu duetin reallaşması üçün mahnı seçməliyik. Düşünürəm ki, maraqlı bir duet alınacaq".

    Qeyd edək ki, əməkdar artist Cavan Zeynallı Lent.az-a açıqlamasında Elza Seyidcahanın səsini bəyəndiyini və onunla duet oxumaq istədiyini bildirmişdi.

    Yalçın Süleymanov
#27.10.2012 18:33 0 0 0