Cənnət anaların ayaqları altındadı

Son güncelleme: 29.10.2012 00:24
  • Cənnət anaların ayaqları altındadı - Qısa hekaye dinle

    [HR][/HR][HR][/HR][HR][/HR]

    Müəllim məktəbdə tapşırıq verərkən uşaqlara deyər:
    - Sabah ən qiymətli, ən çox dəyər verdiyiniz şeyi dərsə gətirin..
    Səhəri gün uşaqlardan kimisi quzusunu, kimisi ayaqqabısını, kimisi bəzəkli dəsmalını və sairə
    şeylərini dərsə gətirər.. Hamısı baxar, növbə ən sonuncu uşağa gəLər.. Müəllim ondan soruşar:
    - Sənin ən dəyərli əşyan nədi bəs..?
    Uşaq dəsmalın içinə bükülmüş bir şey çıxarıb stolun üstünə qoyar, müəllim baxıb:
    - Oğlum, axı bu torpaqdı, deyər..
    Uşaq: - "Müəllim, o cənnət torpağıdı.. Sizə cənnətdən torpaq gətirdim..
    Mənim ən dəyər verdiyim şey budur" deyər..
    Müəllim təəccüblə:
    - Bəs hardan gətirmisən ki, bu torpağı..?
    deyə soruşar və uşağın gözündən yaş axmağa başlayar, cavab verər ki:
    - Müəllim, ANAmın qəbrindən götürmüşəm, həmişə
    demirlər ki "Cənnət "Ana"ların ayaqLarı
    altındadır..?" Buyurun cənnətin torpağı..

    Hər nə olursa olsun Ananızı incitməyin.. Çünki, bir
    gün yanağını yox torpağını öpmək məcburiyyətində
    qalarsınız...

    [HR][/HR][HR][/HR][HR][/HR]

    Alıntı...
#29.10.2012 00:24 0 0 0