Quba

Son güncelleme: 29.10.2012 16:44
  • QUBA
    Cənnətdə Tuba gözəldir,
    Yurdumda Quba gözəldir.
    havası, suyu şəfalı,
    Kənd, şəhər, oba gözəldir!
    noimage
    Qubaya heyran olmuşam,
    Hüsnündən ilham almışam,
    Bəhrəli -barlı bağından,
    Canıma dərman bulmuşam.
    noimage
    Özümtək nalan görmüşəm,
    Qudyala könül vermişəm,
    Bağçalı - bağlı qoynundan
    Yarıma güllər dərmişəm.
    noimage
    Hər yerdən bura gəlirlər,
    Şadlanıb qəlbən gülürlər.
    Şəninə tərif yetişməz,
    Ariflər yaxşı bilirlər!

    Eli dosta mehribandır,
    Yada, düşmənə naqandır.
    Qubada yüz il yaşayan
    Baxırsn, yenə cavandır!
    Müəllif: bayrami
#29.10.2012 16:24 0 0 0
  • Ellerine sağlıqlar canım
#29.10.2012 16:44 0 0 0