Peyğəmbərimizin Nəvəsini Vururlar

Son güncelleme: 01.11.2012 19:59
  • Peyğəmbərimizin nəvəsini vururlar

    Hz.Məhəmməd (s.ə.s.) Peyğəmbərin nəvəsi Hz.Zeynəbin (s.ə.) türbəsi artıq neçə gündür ki, atəşə tutulur.

    Suriyada prezident Bəşər Əsədə sadiq qoşunlar ilə müxalifətçilər arasında ötən ildən bəri davam edən amansız savaşda Seyyidə Zeynəbin türbəsi də vurulan və xəsarət alan məkanlar arasındadır.

    Əl Ərəbiyyə-yə istinadən bildirir ki, paytaxt Dəməşq yaxınlığındakı Seyyidə Zeynəb türbəsinin ərazisində baş verən partlayışda 8 nəfər həlak olub, 13 nəfər yaralanıb.
    Partlayış türbəyə çox ağır ziyan vurub.

    Suriya müxalifətçilərinin dediklərinə görə, qanlı aksiyanı idarə etdiyi motosikletə partladıcı maddə yükləmiş "canlı bomba" törədib.

    Seyyidə Zeynəb türbəsində bu gün səhər saatlarında da atışma olub.

    alıntı
#01.11.2012 19:59 0 0 0