Tarixde Bugün - 03 Noyabr

Son güncelleme:
  • Tarixde Bugün - 03 Noyabr

    noimage

    3 noyabr. İlin sonuna 59 gün qalır.

    1905. Çar II Nikolay siyasi məhbusların bağışlanması haqqında fərman verib

    1907. İlk vertolyot Fransada havaya qalxıb

    1918. İngilis qoşunu Mosulu (İraq) işğal edib

    1921. Rusiya Kommunist Partiyası Qafqaz Bürosu Bakıda Azərbaycan və Ermənistan kommunistlərinin iştirakı ilə plenum keçirib. İclasda “ilk növbədə respublikalar arasında hərbi, təsərrüfat və xarici ticarət sahəsində federativ ittifaq yaratmaq” qərara alınıb. İclasa sonradan SSRİ-nin xarici işlər naziri olmuş Vyaçeslav Molotov sədrlik edib

    1928. Türkiyə latın əlifbasına keçib

    1955. İran Bağdad paktına qoşulub

    1957. Layka adlı it “Sputnik 2” gəmisi ilə kosmik fəzaya qaldırılıb. İtin cəsədi indi də orbitdə dolaşmaqdadır. Həmin dövrdə sosialist realizmi cərəyanının nümayəndələri bu iti mədh etdikləri vaxt, heyvan hüquqlarını müdafiə edən təşkilatlar SSRİ-nin bu addımını tənqid edib

    1982. Əfqanıstanda Salanq tunelindəki yanğında yüzlərlə sovet əsgəri həlak olub (statistika ziddiyyətlidir)

    1983. Tanınmış aktyor Əliağa Ağayev vəfat edib

    1986. “Zaman” qəzeti (Türkiyə) nəşrə başlayıb

    1992. Bill Klinton ABŞ prezidenti seçilib

    1992. Azərbaycanda “Hərbi xidmət haqqında qanun” qəbul edilib

    1994. Azərbaycan Respublikası Çili ilə diplomatik əlaqələr qurub

    1996. Afrikalı diktator Jan Bedel Bokassa vəfat edib

    1996. Türkiyənin tarixində dərin iz buraxan müəmmalı “Susurluq qəzası” baş verib

    2004. Həmid Kərzai Əfqanıstan prezidenti seçilib

    2009. Balaxanıda məişət tullantılarını yandırmaq üçün zavodun təməli qoyulub

    2011. Fransanın Kann şəhərində “Böyük 20-liyə” daxil olan ölkələrin liderlərinin sammiti işə başlayıb

    2011. “Mobinil” şirkətinin “Karabakh Telecom” ilə rouminq sahəsində əməkdaşlığına etiraz olaraq Azərbaycan XİN Misirə nota verib.
0 0 0