Men O`nunlayam, O menimle

Son güncelleme:
  • Qənirə Paşayeva - Men O`nunlayam, O menimle

    noimage

    Mən "Varlıq"dan bir "Heç"liyə çevrildim
    Mən EŞQ adlı tək hecəyə çevrildim
    “Mən”i atıb Sənə doğru çevrildim
    Qapını aç bu quluna ey Rəbbim!
    Qənirə Paşayeva

    Əsl dua necə edilməlidir - bunu 36 yaşında öyrənməyə başladım... Bəli, doğru oxudunuz, nə az-nə çox – düz 36 yaşında... Sizə qəribə gəlməsin. Bəlkə bu sətirləri oxuyanlar arasında məndən yaşca daha böyüklər var, amma onlar da Allaha üz tutarkən ediləcək (pıçıldanacaq!) ən gözəl duanın nə olduğunu bilmirlər, bəlkə...

    Kimsə pul arzulayır...

    Kimsə vəzifə, şan-şöhrət istəyir...

    Kimsə övladının ərə getməsini... və s.

    Bir sözlə, konkret nəsə istəyib, “bunu mənə nəsib et” deyərək üz tuturuq Yaradana... Belə olduğunda əslində doğru etmirik... Həzrəti Mövlana deyərmiş ki, Allah öylə vericidir ki, sən niyə bir tək şey istəyərək ona sərhəd qoyursan! ? Məsələn, “Allahım mənə elm ver” deyərsən. Əslində çox gözəl bir duaya bənzəyir. Amma artıq sərhəd qoyduq. Bəlkə eyni anda həm sağlıq, həm elm, həm eşq, həm təvazö verəcək Yaradan sənə!? Biz oradan yalnız elmi çəkib almış olduq... İkincisi istədiyimiz elmin özümüzün hələ nə səviyyədə olduğumuzu bilmədiyimiz üçün bizi "mən"lik əhli edib-etməyəcəyindən də əmin deyilik. O halda buradakı duayla... (Allah qorusun!) həddimizi aşan istəkdə olduq. Olğun insan belə dua etməz..!

    Bir dostum, bir Allah dostu mənə gözəl bir dua öyrətmişdi... – deyərdi ki, kamil insan belə dua edər: “Allahım, mənim üçün xeyirli olanı mənə nəsib et!” – Əsl dua bax budur!.. Artıq neçə zamandır özümlə bağlı tək duamdır bu: “Allahım, mənim üçün xeyirli olanı mənə nəsib et!” Çünki yaradılan deyil, yaradan bilir hər şeyin doğrusunu... Ziyan bildiyimiz, şər bildiyimiz o qədər hadisənin sonradan əslində xeyir olduğunu, nə qədər xeyir bildiyimiz hadisəninsə sonradan ziyan, şər olduğunu görməmişikmi heç? Amma neçəmiz düşünmüşük ki, bəlkə Allahdan yalvararaq istədiyimiz əslində özümüz üçün faciə olaraq istə¬nir...

    Haqq sözü yeniləməkdə savab var: Əslində bizim üçün nəyin xeyirli olub-olmadığını O bilir, yalnız O...

    Bir də, dua Allahla insan arasında ilişki qurmaq üçün bir yoldur sadəcə... Təkcə Allahdan bir istəkdə bulunmaq deyil...

    “İstə ki, verim, dilə ki, verim” əmri var. Biz də yaradılan olaraq təbii ki, istə¬yəcəyik, amma yaradılmış olduğumuzu xatırladan bir şəkildə istəsək o zaman duanın anlamı zühur edir, təcəlla edir, ömrümüzdə-günümüzdə təzahür edir...

    Alexis Carrel duanı bir məsəllə o qədər gözəl anladır ki... “Adamın biri kilsəyə gedir. Günlərlə kilsədə oturur amma edilməsi gərəkən heç bir ibadəti yerinə yetirmir. Şam yandırmır, əllərini birləşdirməyib, diz çökməyib sadəcə oturub, oturub yuxarılara baxırmış... Rahib yanına gəlib, deyir ki: “Sən, niyə burdasan və boşuna yer tutursan, heç də yaxşı örnək olmursan, çıx get burdan”. Adam dönüb rahibə baxır və deyir: “Mən Onunlayam, O mənimlə. Sənə nə, ey adam?!”

    Duanın əsl anlamı elə budur deyir Alexis Carrel: “İstərkən, mən Onunlayam, O da mənimlə” deyə bilmə dərəcəsinə çatmaq..!

    O üzdən də, əziz dostlar, Allah hamımıza bizim üçün xeyirli olanı versin!”

    AMİN


    ~alıntıdır~
0 0 0