Gəlsən nə olar?

Son güncelleme:
  • Gəlsən nə olar?

    [HR][/HR][HR][/HR]

    Səni canım qədər çox sevirəm mən
    Bircə gözlərimi yolda qoyma sən
    Sənsiz göz yaşlarım sel olub axar
    Sellərə qoşulub gəlsən nə olar?

    [HR][/HR][HR][/HR]

    Əriyir şam kimi sevən ürəyim
    Sənsiz bu həyatı axı neyləyim
    Yer-göy sən gedəndən olubdur məzar
    Qəlbini dinləyib gəlsən nə olar?

    [HR][/HR][HR][/HR]

    İstəmən nə yağış nə sel nə külək
    Tək sənin sevgindir ruhuma gərək
    Çiçəklərlə birgə sevgimdə solar
    Sevgilim elə bu gün gəlsən nə olar?

    [HR][/HR][HR][/HR]
0 0 0