Həsrətdən Yazmayım, Mən Nədən Yazım?

Son güncelleme: 26.11.2012 08:14
  • Həsrətdən Yazmayım, Mən Nədən Yazım? şerin dinle

    Mənə deyirlər ki, qəmdən yazma sən,
    Kədərdən yazmayım bəs nədən yazım?
    Yenə də titrəyir əlimdə qələm,
    Həsrətdən yazmayım, mən nədən yazım?

    Düşübdü boynuma dünyanın yükü,
    Həsrət ağırlığı belimi bükdü
    Tikilən evimi fələk tez sökdü
    Qəhərdən yazmayım mən nədən yazım?

    Allahdan kəsmədim mən ümidimi
    Yalvardım-yaxardım gündüz-gecəni
    Tanrıdan istədim mən təkcə səni
    Acıdan yazmayım mən nədən yazım?

    Fikir etmə düzəlməz həyat deyirlər
    Yıxılan agaca balta tez dəyər
    Mənimtək insanlar həyata küsər
    Qəmdən yazmayım, mən nədən yazım?

    Könlüm qübar etdi, ahu-zar etdi
    Fələyin əlindən min zihar etdi
    Sarı simə dəydi, intihar etdi
    Ürəkdən yazmayım mən nədən yazım?

    Duyğularım dilə gəldi bu axşam
    Həsrətini çəkdim yenə bu axşam
    Sənə olan ümid bitməz heç zaman
    Hisslərdən yazmayım mən nədən yazım?

    Həsrətdən yazmayım, mən nədən yazım?

    Müəllif:Sitemizin sevimli üyesi Ceylan
#11.11.2012 19:30 0 0 0
  • :) sagol canım mənim təşəkkür edirəm şeirimi paylaşdığın üçün
#21.11.2012 13:41 0 0 0
  • Sende sağol canım çox gözel şeir beyenmemeg olmur ellerin derd görmesin, inşallah qelemin heç susmasın
#26.11.2012 08:14 0 0 0