Quranda Möminlərin Xüsusiyyətləri

Son güncelleme: 11.11.2012 19:34
  • Quranda möminlərin xüsusiyyətləri Haqqında

    O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
    (Möminun surəsi, 2)

    Onlar, boş söz və işlərdən üz çevirərlər.
    (Möminun surəsi, 3)

    Onlar, zəkat (vəzifəsini) ifa edərlər.
    (Möminun Surəsi, 4)

    Onlar, ədəb yerlərini, iffətlərini qoruyarlar.
    (Möminun surəsi, 5)

    Onlar (o möminlər) ki əmanətlərinə və əhdlərinə riayət edərlər.
    (Möminun surəsi, 8)

    Onlar ki namazlarını vaxtında və lazımınca etməkdə davam edərlər.
    (Möminun surəsi, 9)

    Onlar ki yalana şahidlik etməzlər. Boş və pis sözlərə rast gəldikləri zaman da, təmkinli bir şəkildə (onlardan üz çevirib) keçərlər.
    (Furqan surəsi, 72)

    (Rəhmanın o xas qulları) ki, xərclədikləri zaman israf etməzlər, xəsislik də etməzlər, (xərcləmələri barəsində) bu (ikisi) arasında bir tarazlıq tutdurarlar.
    (Furqan surəsi, 67)

    Onlar ki, Allahla birlikdə başqa bir tanrıya yalvarıb inanmazlar. Allahın haram etdiyi canı, haqsız yerə öldürməzlər. Zina etməzlər.
    (Furqan surəsi, 68)

    Onlar ki, Rəbbinin ayələri xatırladıldığı zaman, onlara qarşı kor və kar davranmazlar (itaət üçün can qulağıyla dinlərlər).
    (Furqan surəsi, 73)

    (Onlar) böyük günahlardan, həyasızlıq (və çirkin işlər) deyil qaçarlar; əsəbləşdiyi zaman (da onlar) bağışlayarlar.
    (Şura surəsi, 37)

    Onlar, pisliyi yaxşılıqla qarşılayar və özlərinə ruzi (olaraq) verdiyimiz şeylərdən xeyirə xərcləyərlər.
    (Qəsəs surəsi, 54)

    Onlar, xeyirli işlərdə qaçarlar və bu uğurda yarış edərlər.
    (Möminun surəsi, 61)

    Onlar, (çətinliklərə) səbr edən və tək Rəblərinə dayanıb güvənənlərdir.
    (Ənkəbut surəsi, 59)

    (Onlar) Rəblərinin çağırışına gələrlər, namazı doğru edərlər. İşlərini öz aralarında məsləhətləşər. (Onlar) özlərinə ruzi olaraq verdiyimiz şeylərdən də (Allah üçün) xərcləyərlər.
    (Şura surəsi, 38)

    Onlar, bir zülm və hücuma məruz qaldıqları zaman köməkləşib özlərini müdafiə edər (zülmə baş əyməzlər.
    (Şura surəsi, 39)

    (Gerçək) möminlər ancaq, Allaha və Rəsuluna inanan; sonra (bunda) şübhəyə düşməyən, Allah yolunda mallarıyla, canlarıyla döyüşənlərdir.
    (Hucurat surəsi, 15)

    Onlar (bilərlər) ki, gərək dilənən, gərəksə (utancından istəməyib) məhrum qalan (kasıba vermək) üçün, mallarında müəyyən bir haqq vardır.
    (Məaric surəsi, 24-25)

    Onlar (o namaz qılanlar), hesab gününü təsdiq edərlər.
    (Məaric surəsi, 26)

    Onlar, Rəblərinin əzabından qorxarlar.
    (Məaric surəsi, 27)

    Rəhmanın (xas) qulları o kəslərdir ki, Yer üzündə təvazökar bir şəkildə gedərlər və cahillər özlərinə söz atsa (mübahisə, müzakirə etməyib): "Salamatlıqla (xoşca qal)" deyib gedərlər.
    (Furqan surəsi, 63)

    Onlar ki, gecələrini Rəblərinə səcdə edərək və qıyamda dayanaraq keçirərlər.
    (Furqan surəsi, 64)

    Və onlar ki: "Ey Rəbbimiz! Bizə yoldaşlarımızdan və nəsillərimizdən gözlərimizin nuru (olacaq yaxşı insanlar) lütf et və bizi (pislikdən) çəkinənlərə rəhbər et" deyərlər.
    (Furqan surəsi, 74)

    Onlar (gecə namazı üçün) yataqlarından qalxarlar, qorxaraq və ümid edərək Rəblərinə yalvararlar və özlərinə verdiyimiz ruzidən də (xeyr yolunda) xərcləyərlər.
    (Səcdə surəsi, 16)

    O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.
    (Nur surəsi, 37)

    alıntı
#11.11.2012 19:34 0 0 0