Bunları Mütləq Bilək

Son güncelleme: 11.11.2012 20:27
  • Dinde neleri mütləq bilmek vacibdir?

    ALLAH TAALA Qurani-Kərimi 124min peyğəmbərin sonuncusu olan Hz.Muhamməd(s.ə.s)-ə nazil edib.Özündən əvvəlki dini kitabların (Tövrat,Zəbur,İncil) təsdiqləyicisi olan Quranın mənası Peyğəmbər(s)-a nazil olan sözlərin oxunması,tələfüz edilməsi deməkdir.İlk ayəsi Ramazan ayında nazil olan Quran 114 surə,6236 ayədən ibarətdir.ət-Tovbə surəsindən başqa bütün surələr Bismillahir-Rəhmanir-Rəhim-lə başlayır.İlk dəfə əl-Ələq surəsinin ilk 3 ayəsi nazil olub.Ən uzun surə əl-Bəqərə(286 ayə),ən qısa surə isə əl-Kovsər(3 ayə) surəsidir.Bir ayədə 1-dən 68-dək söz ola bilir.Digər dini kitablardan fərqli olaraq Qurani-Kərim bütöv şəkildə deyil,hissə-hissə nazil olub.əl-Bəqərə surəsinin son iki ayəsi istisna olmaqla bütün ayələr Cəbrayıl mələyi vasitəsilə 23 il ərzində Peyğəmbər(s)-a çatdırılıb.əl-Bəqərənin son iki ayəsi Cəbrayıl(ə) vasitəsilə deyil,birbaşa ALLAH tərəfindən Merac gecəsi Peyğəmbər(s)-a çatdırılıb.Qurani-Kərimin 90 surəsi Məkkədə,24 surəsi Mədinədə nazil olub.
    Quran oxumaqda böyük savab var.ALLAHa yaxınlaşmaq istəyən hər kəs daim Quran oxumalıdır.

    alıntı
#11.11.2012 20:27 0 0 0