"Yeni Ulduz-7" mahnı yarışmasının 2-ci yerin sahibi, "Eurovision-2010" Mahnı Müsabiqəsinin milli seçiminin yarımfinalçısı, hazırda isə hərbi xidmətdə olan Azad Şabanov yeni klip çəkdirmək arzusundadır. Lent.az-ın xəbərinə görə, müğənni "Haray, haray" adlı mahnısını ekranlaşdırmaq niyyətindədir.
Qeyd edək ki, müğənni bir aydır ki, Quba rayonunda "N" saylı hərbi hissəsində xidmət edir.