Bu bir ayrı cür gecədir!

Son güncelleme: 29.11.2012 06:31
  • Bu bir ayrı cür gecədir!

    noimage

    Yatırsanmı, ay ürəyim?
    Gecə keçib yarısından...
    ...Mənsə yata bilməmişəm
    Ürəyimin ağrısından...

    Gündüz olsun, nə fəqri var,
    Günüm gecədən qaradır...
    Xəbərin yox, səndən ayrı
    Ürəyim para-paradır.

    Bəs, deyirdin, mən ölərəm
    Bir an qalsam səndən ayrı!
    Gör nə qədər zaman keçdi,
    Sən də ayrı, mən də ayrı...

    Bəlkə yordum yenə səni?
    Günəş üzlüm, sağ ol daha!
    Mən çəkilim təkliyimə,
    Az qalıbdır, bax, sabaha...

    Yenə mən və soyuq otaq,
    Necə uzun bir gecədir!
    Hər gecəyə bənzəməz, yox,
    Bu bir ayrı cür gecədir!

    (Afaq Şıxlı)
#17.11.2012 21:46 0 0 0
  • Ellerine sağlıkar canım ...her zaman ki kibi menalı şer seçmişsin...Teşekkürler üregden...
#18.11.2012 21:58 0 0 0
  • @Sarsın adlı üyeden alıntı:
    Ellerine sağlıkar canım ...her zaman ki kibi menalı şer seçmişsin...Teşekkürler üregden...
    Orijinali Göster...


    sagol mələyim təşəkkür edirəm
#19.11.2012 05:57 0 0 0
  • superrrrrr
#28.11.2012 20:38 0 0 0
  • saol gülüm teşekkür edirem
#29.11.2012 06:31 0 0 0