8 stəkan su için. Bildiyimiz kimi bədənimizin yüzdə 60-ı sudan ibarətdir. Lakin bu miqdar yaş artıqdıqca azalmağa başlayır. Bunun nəticəsində dəri quruyur və qırışıqlıqlar meydana gəlir. Eyni zamanda su bədənin temperaturunu və nəm tarazlığını qoruyur. Buna görə də gün ərzində 8 stəkan su içməyə diqqət yetirin.
Kafeindən uzaq durun. Həddindən artıq miqdarda qəhvə içmək stres hormonlarına təsir göstərir və bu da dərinin normal qidanlmasına mənfi təsir göstərir.
Çox yağlı və şəkərli qidaların istifadəsi gün ərzində qandakı şəkər səviyyəsində ani eniş-çıxışlar edir. Bu isə dərinin möhkəmliyini təmin edən toxumaların zərər görməsinə səbəb olur və dəridəki ləkələrin çoxalmasını sürətləndirir.Buna görə də çox yağlı və qızarmış qidalardan, peçenye kimi şirin məmulatlardan mümkün olduğu qədər az yeməyə çalışın.
Bir boşqab çiyələk. Hər gün və ya 2 gündən bir yeyəcəyiniz bir kasa çiyələk dərinizi C vitamini ilə zənginləşdirəcək.
Bir dəstə cəfəri. Hər gün səhər C vitamini ilə zəngin olan cəfəridən az da olsa yeməyə çalışın.
Açıq havada gəzmək qan dövranını hərəkətləndirərək dərinizi daha işıltılı hala gətirir. Mütəxəssislər sağlam bir dəri üçün həftədə ən az 3 gün 45 dəqiqə gəzməyi tövsiyə edirlər.
Təbii məhsullardan istifadə etməyə üstünlük verin. Hamının bildiyi kimi makiyaj dəriyə çox böyük zərər vurur. Həkimlər məsləhət görür ki, kosmetik vasitələrdən və nəmləndiricilərdən daha çox istifadə edin.