Nazli gülüm,yalvariram getmə gəl!

Son güncelleme: 21.11.2012 09:10

  • Nazli gülüm,yalvariram getmə gəl!

    noimage

    Ağlar gözüm yollarına dikilib
    Nazlı gülüm,yalvarıram getmə gəl!
    Dərd çəkməkdən daha belim bükülüb
    Nazlı gülüm,yalvarıram getmə gəl!
    Əriyirəm,damla.damla axıram
    Gecə.gündüz yollarına baxıram
    Mən səmada ildırım tək çaxıram
    Şirin dilim,yalvariram getmə gəl!
    Qələm.kagız dil açıbdı elə bil
    Canımdakı ruh qaçıbdı elə bil
    Vüsal mənə əl açıbdı elə bil
    Ayım ilim,yalvarıram getmə gəl!
    Nə müddətdir əlim dəymir əlinə
    Gəl dolayım qollarımı belinə
    Qurban olum sənin şirin dilinə
    Qoyma ölüm...yalvarıram getmə gəl!
#20.11.2012 14:24 0 0 0
  • Teşekkürler yüreğinize kaleminize sağlık
#20.11.2012 14:32 0 0 0
#21.11.2012 08:40 0 0 0
  • emeklerinize saglık
#21.11.2012 08:48 0 0 0
#21.11.2012 09:10 0 0 0