Sevgilim!

Son güncelleme: 23.11.2012 07:36
  • Sevgilim!

    Saçlarında tellərini,
    Əllərimdə əllərini.
    Gözlərimdə gözlərini,
    Görəcəyəm ay sevgilim!

    Gül qoxulu nəfəsini,
    Məni sevmək həvəsini.
    Dodağının busəsini,
    Sevəcəyəm ay sevgilim!

    Mənə könül verməyini,
    Mənə bağlı ürəyini.
    Təkcə məni sevməyini,
    Biləcəyəm ay sevgilim!

    Ulduz olub sayrışırsan,
    Sən göylərdən boylanırsan.
    Məni göyə çağırırsan,
    Gələcəyəm ay sevgilim!

    Müəllif: F.Biləsuvarlı
#23.11.2012 07:16 0 0 0
  • yüreginize saglık
#23.11.2012 07:24 0 0 0
  • çok güzeldi
#23.11.2012 07:34 0 0 0
  • teşekkürler
    gözlerinize saglık
#23.11.2012 07:36 0 0 0