Emma Ələkbərzadəni özündən çıxardan kim oldu

Son güncelleme: 25.11.2012 00:37
  • noimage

    Müğənni Emma Ələkbərzadə haqqında yayılan şayiələrə münasibət bildirib.

    Ötən gün müğənni Akif İslamzadənin təşkil etdiyi tədbirə bacısı Sevda ilə qatılan Emma Lent.az-a açıqlamasında barəsində yazılan şayiələrə aydınlıq gətirib: “Belə bir xəbər yayılıb ki, Emma ailə həyatı qurduqdan sonra ifaçılıq sənətini atıb, başqa bir peşə ilə məşğul olacaq. Bu şayiənin yayılmasına səbəb isə mənim Facebook sosial şəbəkəsində paylaşdığım şəklə şərh yazmağım olub. Hanasısa savadsız jurnalist bu xəbəri yazıb. Belə bir şey ümumiyyətlə, yoxdur. Mənim ailə həyatı qurmağımın sənətimə heç bir aidiyyatı yoxdur. Mən yenə də öz yaradıcılıq işlərimlə məşğulam”.

    Yalçın Süleymanov
#25.11.2012 00:37 0 0 0