1.Yalan danışan,vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz.Məsxərəyə qoyulmanın kökü yalançılara etimad etməkdir.
2.Yalan nadürüstlüyə və azğınlığa çəkər.Nadürüstlük və azğınlıq isə oda aparar.
3.Yalan -istər ciddi olsun ,istərsə də zarafatla-doğru deyil.Həmçinin ,kişinin öz övladına vəd verib onu yerinə yetirməməsi də düzgün deyil.Həqiqətən,doğru danışmaq yaxşılığa aparar,yaxşılıq isə cənnətə yönəldər.
4.Vay olsun,camaatı güldürmək üçün yalan danışanın halına!Vay olsun,vay olsun ona!
5.Yalançılıq üçün sənə hər eşitdiyini danışmaq yetər.
6.("Bizlərdən birimiz nəyəsə meylimiz olsa və istəmədiyini desə,bu yalan sayılırmı?" deyə soruşan Əsma bint Yəzidə cavabından): "Yalan ,elə yalan olaraq yazılır,hətta kiçik yalan olsa belə, kiçik yalan olaraq yazılır."
7.Bir gün Allahın Peyğəmbəri (s) bizim evimizdə oturmuşdu.Anam məni çağırıb dedi: "Gəl ,sənə bir şey verim."Allahın Peyğəmbəri ona buyurdu: "Ona nə vermək istəyirsən?" Ərz etdi: "Ona bir xurma vermək istəyirəm." Allahın Peyğəmbəri (s) anama buyurdu: " Bil ki,ona heç nə verməsən ,sənin ayağına yalan yazılacaq."
8.Yalan üzüqaralıq gətirər.
9.Yalan ruzini azaldar.
10.Həqiqətən,üstüörtülü sözlərdə elə zərifliklər var ki,ağıllı insanı yalan danışmaqdan azad edər.
11.İnsanın böyüklüyü onun dinindədir.
12.Allah böyükdür və böyüklüyü sevər.
13. "İnsanların ən istəklisi olmaq istəyirəm" deyən kişiyə cavabından):- "Heç vaxt Allahdan camaata şikayət etmə ki,insanların ən sevimlisi olasan.
14.Hər bir qövmün böyüklərini əziz tutun.
15.Allahın Peyğəmbəri (s) balınca söykənmişdi və Salman içəri daxil oldu.Peyğəmbər (s) balıncı ona verib buyurdu: " Ey Salman! Elə bir müsəlman yoxdur ki,müsəlman qardaşını görməyə getsin və ev sahibi ona hörmət olaraq balıncı qoyduqda ,Allah ev sahibini bağışlamasın.