Nə etmək istəyirsən,inan ki, anlamıram
Bəlkə də öldürməkdir məni niyətin
Sevməyin üçün əsla yalvarmıram
Sadəcə deyirəm sevgimlə barış
Acı çəkdirmə mənə,susma danış
Bir bilsəydim ki, günahım nədir
Səni sevmək ya sevilməmək?
Bilmirəm axşamım,sabahım nədir
Mənim də talehim belə yazılmış
Səssiz baxma mənə,susma danış
Dərdim,kədərim dağlardan uca
Aşa bilmirəm qəm-kədərimi
Özüm cavanam,dərdimsə qoca
Bu dərdlərlə mənim ruhum qocalmış
Bəsti bu susqunluq,susma danış
Tanımırmış kimi baxırsan mənə
Belə etmə axı mən də insanam
Nəsə bir pislikmi etmişəm sənə
Bəlkə səninçün sevmək günahmış
Cavab ver sualıma,susma danış
Susma danış
Hamı deyir ki, gör kimi sevirsən
O ki səni sevmir,səni ağladır
Düzdü mən sevirəm,sənsə sevmirsən
Sən demə sevgim qarşılıqsızmış
Sevmirəm de,yetər ki,susma danış
Mənim ürəyim doludur inan
Amma səni görəndə yalnız susuram
Yaramı sağaldar inşallah zaman
Anladım bu yara heç sağalmazmış
Yaramı qoparma,susma danış
Həyatım olmusan inan sən mənim
Nəfəs alıramsa səbəbi sənsən
Mənimsə həyatında yoxdur bir yerim
Gəl sən də mənim varlığıma alış
Yazığın gəlmirmi,susma danış
Bitməz ki, sənə olan qəzəbim
Səni görəndə isə unuduram mən
Baxıram olmusan yaşam səbəbim
Mənə bəsdir o ümidli baxış
Bir də yaxşı olar,susma danış
Yazım da dönüb olub qış artıq
Ümid ağacımın yarpağı solub
Məni əsir alıb bitməz yalnızlıq
Mənimlə birlikdə ağlayır yağış
Ağlatma məni,susma danış
Susma danış
Hər axşam,hər səhər edilən duam
Amin deyirəm bütün qəlbimlə
Təki üzün gülsün hər an,hər zaman
Sənə duadır bu,həm də ki, qarğış
Dualarıma qoşul və susma danış
Məni ağlatmağı bacara bildin
Afərin,imkansız işi bacardın
Sevməsən də özünü sevdirdin
Bu məharətin üçün sənə bu alqış
Bir salam ver mənə,susma danış
Sən ürəyimin bir diləyisən
Sənsiz həyatın nə gözəlliyi?
Sən həyatımın bir bəzəyisən
Nəfəsinlə həyatıma vurursan naxış
Nə olar sevdiyim,susma danış
Adını eşidəndə inan doluram
Gözyaşlarım dinləmir məni
Adını çəkəndə xoşbəxt oluram
Sən də xoşbəxt ol,bunun üçün çalış
Məni də xoşbəxt et və susma danış