Yağış yağır pəncərəmə

Son güncelleme: 30.11.2012 06:51
  • Yağış yağır pəncərəmə


    noimage


    Yağış yağır pəncərəmə
    pəncərəmin aynası yox.

    Səsi gəlir titrəyən yarpaqların, yaşıllığı vurur gözümə.
    Navalçadan süzülən suyu alıb çırpsam üzümə.

    Quşlar necə susur?
    Ağaclar niyə qışqırır qulağımda?

    Yağış yağır pəncərəmdə.
    Pəncərəmdə bir yağış var.
    Aynası yox pəncərəmi
    Tanrım yağışa bağışlar.

    Günəşə axın bitib, yerə axın var indi-
    Pəncərəmdən keçə bilən hər bir damcı mənimdi.

    Zərdüşt Şəfi
#27.11.2012 07:21 0 0 0
  • Qəşəngdir)
#27.11.2012 16:56 0 0 0
#28.11.2012 09:09 0 0 0
#30.11.2012 06:47 0 0 0
  • sagol canm gözlerin var olsun
#30.11.2012 06:51 0 0 0