Qürbətin - Əlibala Hacızadə

Son güncelleme: 07.12.2012 06:30
  • Qürbətin - Əlibala Hacızadə

    Ömrümün günləri bükdü boynumu,
    Əsdi, yaman əsdi yeli qürbətin.
    Başıma dağlar tək qar ələndi, qar,
    Gəzdi saçlarımda əli qürbətin.

    Həsrətdən quzu tək mələyir ürək,
    Çarə yox, hər dərdə dözəsən gərək.
    Yağ-bal yedirsə də ögey ana tək,
    Zəhər tuluğudur dili qürbətin.

    Vətənsiz dünyanı Allah heylərdim?
    Vətənə çatsaydım, olmazdı dərdim.
    İsti qucağında rahat ölərdim
    Axmazdı gözümdən seli qürbətin.

    Elin öz qəmidir mənim öz qəmim,
    Еldən ayrı düşsəm, el olar qənim.
    Qəbrimi qürbətdə qazmayın mənim,
    Üstümdə bitməsin gülü qürbətin.
#28.11.2012 09:27 0 0 0
  • Çox gözəldir. Təşəkkür
#28.11.2012 12:53 0 0 0
#28.11.2012 12:54 0 0 0
  • off bu weiri cox seviremm :(
#06.12.2012 17:15 0 0 0
  • mende
#07.12.2012 06:30 0 0 0