Anar Məmişov - Sən də günahkarsan mən də günahkar

Son güncelleme: 28.11.2012 17:30
  • Daşa dəymiş bu taleyə qismətə,
    Sən də günahkarsan mən də günahkar.
    Təkcə mənmi layiqəm bu nifrətə?
    Sən də günahkarsan mən də günahkar.

    *****
    Eşqinlə bir daha məni sınama,
    Yenə də duz tökmə mənim yarama.
    Nə olar bu qədər məni qınama,
    Sən də günahkarsan mən də günahkar.
    *****
    Niyə o zamanlar dərdi bölmədik,
    Niyə danışmadıq niyə gülmədik.
    Demişdik ölərik amma ölmədik,
    Sən də günahkarsan mən də günahkar.
    *****
    Bilmədik ki, nədir bu eşqin sonu,
    Qismətin olmadı gəlinlik donu.
    Anarsa həmişə deyəcək bunu,
    Sən də günahkarsan mən də günahkar.
#28.11.2012 16:28 0 0 0
  • Ellerinize..emeglerinize...sağlıqlar dilerim ..güzel şeir...
#28.11.2012 17:30 0 0 0