Fəxriyyə Xələfovanın almazdan hazırlanmış geyimi - FOTO

Son güncelleme: 30.11.2012 08:26
  • Mehşurlar

    noimage

    Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova ən dəyərli geyimindən danışıb. Bu barədə Lent.az-a açıqlama verən modelyer söyləyib ki, ən dəyərli libasının üzərində işlənən almaz daş-qaş ona nənəsindən yadigar qalıb: "Mayın 13-də Heydər Əliyev Sarayında təşkil olunan tədbirimdə geyindiyim libasın üzərində almaz daş-qaşdan istifadə edilmişdi. Mən bəylər nəslindən olduğuma görə bu almaz daş-qaşlar da mənə nənəmdən qalıb. Düşündüm ki, bu dəyərli yadigarı geyimin dekoruna əlavə edim. Biz bilirik ki, yalnız kraliçalar öz geyimlərində almaz və brilyant daş-qaşlardan istifadə edirlər. Bahalı geyimlər, brend geyimlər çox ola bilər. Ancaq mənim geyimim ən dəyərli olmalıdır".

    Yalçın Süleymanov

    noimage

    noimage

    noimage
#30.11.2012 08:26 0 0 0