Kitabı bitirdi, amma oğlunu itirdi

Son güncelleme: 30.11.2012 09:17
  • Qısa hekaye - Kitabı bitirdi, amma oğlunu itirdi hekayesin dinle

    Bir gənc həbs olunur. İttihamçı onu uşaqlığından tanıyırmış və həmçinin məşhur bir yazıçı olan atası ilə də tanış imiş. O, müttəhimdən soruşur:
    - Atanı xatırlayırsanmı?
    - Çox gözəl tanıyıram.

    İttihamçı günahkarın vicdanını yoxlamaq üçün soruşur:
    - Məhkum ediləcəyin anda çox mükəmməl insan olan atanı düşünərkən onun haqqında nə xatırlayırsan?

    Bir az sükutdan sonra müttəhim gözlənilməz bir cavab verir:
    - Bir öyüd-nəsihət almaq üçün yanına gedərkən başını kitabdan qaldırdığını və mənə: "Mənə mane olma, məşğulam" dediyini xatırlayıram. Ona yoldaşlıq etmək üçün yaxınlaşdıqda: "Əl çək məndən, bu kitabı bitirməliyəm", — deyərdi. Hörmətli hakim siz onu bir məşhur yazıçı kimi, mən isə itirilmiş ata kimi xatırlayıram.

    Hakim öz-özünə:"Yazıq, kitabı bitirdi, amma oğlunu itirdi".

    alıntı
#30.11.2012 09:17 0 0 0