Namazı qəsdən qəzaya vermək olar? Olarsa, hansı hallarda?

Son güncelleme: 30.11.2012 10:38
  • Namazı qəsdən qəzaya vermək olar? - Olarsa, hansı hallarda?

    Namazı vaxtında qılmaq lazımdır. Bilə-bilə qəzaya saxlamaq olmaz, günahdır. Yəni, heç kim heç bir üzrlü səbəb olmadan: "Əşi, sonra qılaram", - deyib namazını qəzaya qoymamalıdır.

    Bir şəxsin namazı ya yuxu, ya unutduğu üçün, ya da qılmağını qeyri-mümkün hala gətirən fiziki şərtlər ucbatından qəzaya qala bilər. Bunların xaricində namazı qəzaya saxlamaq günahdır.

    Hənəfi, Şafii və Maliki məzhəbləri bildirirlər ki, belə bir şəxs həm tövbə etməli, həm də qəzaya qalan namazını qılmalıdır.

    Hənbəli məzhəbinin alimləri isə bu şəxs barədə elə bir qənaətdədirlər ki, o, tövbə etməli və namazını bir də qəzaya saxlamamalıdır. Onlar yuxarıda sadalanan 3 səbəb xaricində qılına bilməyən bir namazın qəza edilməsini caiz hesab etmirlər.

    Menbe:Muselmanlar.com
#30.11.2012 10:38 0 0 0