Xoruldamaq xərçəng riskini artırır

Son güncelleme: 30.11.2012 10:49
  • Xoruldamaq xərçəng riskini nece artırır?

    Yuxu zamanı xoruldamaq xərçəngə yoluxmaq riskini çoxaldır.

    Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İspaniyanın Hospital de Valme klinikasının tədqiqatçıları bu faktı aşkar ediblər.

    4,5 il ərzində tədqiqatçıların 5000 nəfər pasient üzərində aparılan müşahidələr göstərib ki, yuxu zamanı xoruldama ilə xərçəng xəstəliyi arasında bağlılıq var.

    Tədqiqatların başladığı dövrdə pasientlərin heç birində onkoloji xəstəlik yox idi. Lakin pasientlərdə xoruldamaq vərdişi yarandıqca, bədxassəli şişlər də yaranmağa başlayıb.

    Məlum olub ki, yuxu zamanı xoruldayan adamlarda xərçəng riski rahat nəfəs alanlardan iki dəfə çoxdur.

    İspaniyalı tədqiqatçılar bildiriblər ki, bu cür hallar 65 yaşdan aşağı olan adamlarda müşahidə olunur.


    alıntı
#30.11.2012 10:49 0 0 0