Asan təmizlik üçün ipucları

Son güncelleme: 30.11.2012 11:42
  • Meslehetler - Asan təmizlik üçün ipucları

    ŞÜŞƏLƏRİ SİLƏRKƏN
    Şüşələrinizi siləcəyiniz suyun içinə bir az duz qoysanız həm daha asan təmizlənər həm də şüşələriniz, tərtəmiz olar.

    QAPILARINIZ SARALDISA
    Soğan qabığını soyduqdan sonra yumşalana qədər qaynadın. Sonra da soyumağını gözləyin. Yüngül ilıqkən bu suya batıracağınız bir bezlə saralan qapı və şüşə çərçivələrinizi silin. Sarılıqdan iz qalmayacaq.

    SOYUDUCUDAKI NƏM
    Soyuducunuzun içində nəm varsa, bir qabın içinə duz qoyaraq olan nəmi ala bilərsiniz.

    XALÇALARI SİLƏRKƏN
    Evdəki xalçalarınızı silərkən, suya birazca sirkə əlavə etsəniz mükəmməl parlaqlığın fərqinə varacaqsınız.

    KÖYNƏKLƏRİ YUYARKƏN
    Köynəyi maşına atmadan əvvəl yaxasındakı çirklərə sabun sürüb bir iki dəfə çənqələdikdən sonra 15 dəqiqə gözlədib maşına atın, çirklərdən əsər qalmadığını görəcəksiniz.

    KEKS QƏLİBİ
    Qonaqlarınız gəldi amma keksiniz heç cür qəlibdən çıxmırmı? Dərhal qəlibinizi tərs çevirib üzərinə yaş bez qoyub bir az gözləyin.

    SİQARET TÜSTÜSÜ
    Evdəki siqaret tüstünüzü yox etmək üçün bir neçə şam yandırmanız kafi olacaq.

    SOBADAKI PİS QOXU
    Sobanıza sinmiş pis yemək qoxuları üçün; yemək bişirmədən əvvəl sobanızın ortasına yarısı sirkə yarısı su ilə doldurulmuş bir tava qoyun. Sobanızı bir neçə dəqiqə üçün istilədin daha sonra soyumağa buraxın.

    YAPIŞQAN LƏKƏLƏRİ
    Yapışqan ləkələrini çıxartmaq üçün, ləkənin üzərinə sirkə töküb su ilə durulamanız lazımdır.

    PALTARDAKI PAS LƏKƏLƏRİ
    Paltarınıza bulaşan pas ləkələrini çıxarmaq üçün, paltara bir neçə damla limon damladaraq ütüləyin.

    CANLI TƏRƏVƏZ
    Tərəvəzlərin canlı qalması üçün yuduğunuz suya limon damladıb soyuducunda bir saat gözlətməniz kafi olacaq.
#30.11.2012 11:42 0 0 0