Hz.Əli (ə)-in son vəsiyyətləri

Son güncelleme: 02.12.2012 02:25
  • Hz.Əli (ə)-in son vəsiyyətləri - İslam Dini

    noimage

    Mövlamiz Hz! Əli əlihissəlamın son vəsiyyətləri:


    Sizi təqvalı olmağa və Allahdan qorxmağa çağırıram.

    Dünya sizə üz tutsa da, siz dünyapərəst olmayın.

    Əlinizdən çıxan dünya malı üçün təəssüflənməyin.

    Haqqı deyin, Allah savabına və əcrinə xatir iş görün.

    Zalımın qatı düşməni, məzlumun isə tərəfdarı olun.

    Mən sizi və bütün övladlarımı, ailəmi və bu vəsiyyətimi oxuyan hər bir kəsi təqvalı olmağa, Allahdan qorxmağa, işlərində nizamlı olmağa və insanlar arasında sülh
    yaratmağa çağırıram. Çünki mən sizin cəddiniz Rəsulallah(s)-d ən belə eşitmişəm: "İnsanlar arasında sülh və mehribanlıq yaratmaq (bütün nafilə) namaz və orucdan üstündür."

    Allah, Allah xatirinə yetimləri qoruyun. Elə etməyin ki, onlar bəzən ac, bəzən də tox qalsınlar. Elə etməyin ki, onlar sizin biganəliyiniz üzündən qarşınızda məhv olub puça çıxsınlar.

    Allah, Allah xatirinə qonşularınızı yaddan çıxarmayın. Çünki Peyğəmbəriniz (s) qonşulara yaxşılıq etməyi dəfələrlə tövsiyə etmişdir. O, dəfələrlə qonşular haqda elə tövsiyələr etdi ki, onların da mirasa daxil olacağını düşündük.

    Allah, Allah xatirinə Qurana riayət edin. Elə etməyin ki, ona əməl etməkdə başqaları sizi qabaqlasın. Allah, Allah xatirinə namazı unutmayın. Çünki namaz dininizin sütunudur.

    Allah, Allah xatirinə Rəbbinizin evini ziyarət etməyi unutmayın. Nə qədər ki, varsız, onu boş qoymayın. Çünki onu boşqoysanız, sizə möhlət verilməz (Allahın bəlası sizə nazil olar).

    Allah, Allah xatirinə canınızla, malınızla, dilinizlə Allah yolunda mübarizə aparın (Çünki bütün bunları gərək bu yolda sərf edəsiniz). Siz gərək həmişə
    dostluq əlaqələrini genişləndirəsiniz).

    Bağışlamağı, əta etməyi unutmayın. Bir-birinizdən üz çevirməyin, bir-birinizlə əlaqələrinizi kəsməkdən çəkinin.

    Əmr be-məruf və nəhy əz- münkəri tərk etməyin ki, pislər sizə hakim kəsilərlər. Sonra nə qədər dua etsəniz də, müstəcab (xeyri) olmaz (Nəhcül-bəlağə).


    Alıntı yazılar..
#02.12.2012 02:25 0 0 0