İranda daş kömür mədənində partlayış olub

Son güncelleme: 19.12.2012 08:28
  • Xeberler - Dünyadan xeber

    noimage

    Dekabrın 18-də İranın Yəzd əyalətinin Təbəs şəhərindəki daş kömür mədənində partlayış baş verib.

    Lent.az-ın İLNA-ya istinadən məlumatına görə, partlayış nəticəsində 8 nəfərin həlak olduğu haqda xəbər yayılıb. Qazıntının altından 4 şaxtaçının cəsədi çıxarılıb. Qalan işçilər barəsində məlumat verilməyib.

    İlkin ehtimala əsasən, hadisəyə metan qazının sızması səbəb olub. Ən azı 8 şaxtaçı ölüb, bir neçə nəfər isə yaralanıb.

    Araşdırma aparılır.

    Qaynaq:Lent.az
#19.12.2012 08:28 0 0 0