Bircə məndə olan sənə toxunma!

Son güncelleme: 30.12.2012 06:58
  • Sevgi şeirləri - alıntı şeirlər - Bircə məndə olan sənə toxunma şeiri


    Nəyi istəyirsən al götür məndən,

    Buna qarşı heç bir şey gəlməz əlimdən,

    Lap istə ruhumu al bədənimdən,

    Bircə məndə olan sənə toxunma!



    Çarəsiz qalmışam yenə də mən də

    Dərdimin çarəsi dərmanı səndə.

    Istəmirəm dərmanı saxla özündə

    Bircə məndə olan sənə toxunma!



    Ay düşüb yenədə günün izinə

    Nə vaxtdan həsrətdir onun üzünə

    Cavab verməsəndə mənim sözümə

    Bircə məndə olan sənə toxunma!



    Sevgisiz insan yaşayar məgər?!

    Ağıl ürəyə həmişə zid gedər,

    Bir gün ağıl sözünə inansan əgər,

    Bircə məndə olan sənə toxunma!



    Həyatdı,həyatı bilmək də olmur

    Demək ki,eşq sözüylə ürək də dolmur

    Mənim bu həyatım nə sənsiz olur,

    nə sənsiz dolur

    Bircə məndə olan sənə toxunma!


    alıntıdır
#30.12.2012 06:58 0 0 0