Qalir qiyamətə mütləq cəzasi ayriligin

Son güncelleme: 07.01.2013 07:11
  • Qəzəl - Qəzəllər - Xaqani Əmini qezelli - Qalir qiyamətə mütləq cəzasi ayriligin qəzəlin dinle

    [HR][/HR][HR][/HR]

    Gəl, ey gözəl, daha bitsin cəfasi ayriligin ,
    Ki, sən olan yerə yetməz bəlasi ayriligin .

    Amandi, getmə ki, bir addim ayrilan kimi sən ,
    Gəlir qulagima yüz yol sədasi ayriligin .

    Təəccüb etmə, nədən ayriliq həlak etməz ,
    Mən olmasam, kim olar aşinasi ayriligin ?

    Vüsalə yetməyəni aldi öz himayəsinə ,
    Bu kimsəsizlərə çoxdur vəfasi ayriligin .

    Vüsalə yetsə də könlüm sevinməyir, çünki
    Yenə haçansa olur mübtəlasi ayriligin .

    Əzəl günündə məni həqdən istədi hicran ,
    Yəqin ki, keçdi o gündən duasi ayriligin .

    Darixma, səbr elə, Xaqani, hər nə zülm eləsə ,
    Qalir qiyamətə mütləq cəzasi ayriligin

    Xaqani Əmini
#04.01.2013 14:12 0 0 0
  • Ellerine..emeglerine sağlıkar canım...super bi qezel...teşekkürler gülüm...
#06.01.2013 23:50 0 0 0
  • @Sarsın adlı üyeden alıntı:
    Ellerine..emeglerine sağlıkar canım...super bi qezel...teşekkürler gülüm...
    Orijinali Göster...


    gözlerine saglık canm
#07.01.2013 07:11 0 0 0