Rəsuli-Əkrəm (s.a.a.) buyurur:
“İbadət yetmiş qisimdir ən üstünü halal qazancdır”. (Təhzib 6/ 324)
Əmirəl-möminin Əli (ə) buyurur:
“Tənbəlliyi, süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər”. (Ğurərul-hikəm 197)
İmam Baqir (ə) buyurur:
“Tənbəllikdən və hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pissliklərin açarıdır”. (Biharul-ənvar 78/ 175)
Ənəs ibni Malik rəvayət edir:
Allahın Rəsulu (s.a.a.) Təbuk döyüşündən qayıdarkən Səəd Ənsari Həzrəti qarşılamağa getdi. Peyğəmbər
(s.a.a.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: Əlin niyə qabar olub? Cavab verdi: Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Peyğəmbər (s.a.a.) onun əlini öpüb buyurdu: “Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz”. (Usdul-ğabə 2/ 299)