Sənsizəm gülüm

Son güncelleme:
  • Sevgi şeirləri - yeni şeirlər - Sənsizəm gülüm şeirin oxu

    sənin yanındada tənhayam təkəm,
    sənin yanındada sənsizəm gülüm.
    həsritində acı lal vüsalında
    elə vəslin kimi səssizəm gülüm.

    asılı qalmışam göz yaşlarından
    necə üz çevirim baxışlarından?
    bilirəm düşmüşəm alqışlarından
    üzünə baxmağa üzsüzəm gülüm.

    biçilib boynuma tənhalıq demə,
    özümü sirdaş eyləyib qəmə,
    yenə həsrətini çəkib sinəmə,
    sənin yanındada sənsizəm gülüm

    ELNUR BAYRAMOV
0 0 0