Polis aksiya iştiralçılarına xəbərdarlıq etdi

Son güncelleme:
  • noimage

    Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya başlayıb.

    APA-nın hadisə yerində olan əməkdaşlarının məlumatına görə, polis səsgücləndirici vasitəsilə onların dağılmasını istəyib.

    “Sizi qanunun tələbinə əməl edərək dağılışmağa çağırırıq. Aksiya razılaşdırılmayıb, qanunsuzdur, ictimai asayişi pozmayın. Əks halda, fiziki güc tətbiq edilə bilər”, - deyə xəbərdarlıqda deyilir.

    Bundan sonra askiya iştirakçıları iki hissəyə bölünüb. Bir hissə Azərbaycan kinoteatrı tərəfdən Milli Parka , bir qismi Fəvvarələr meydanı ilə Nizami küçəsi istiqamətində irəliləyir. Aksiyaçılardan ayrılaraq Nizami kinoteatrı istiqmətində siyasi şüarlar səsləndir-səsləndirə yürüş etmək istəyən bir neçə nəfər polis tərəfindən saxlanılıb.

    ***
    saat 15.53

    Bakı – APA. Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya başlayıb.

    APA-nın məlumatına görə, aksiyaya hərbi xidmət zamanı dünyasını dəyişən bir qrup gəncin valideynləri start verib.

    Onlar əllərində övladlarının şəkilləri meydana daxil olaraq övladlarının ölümündə günahkar olanların tapılmasını tələb ediblər: “Dinc dövrdə, atəşkəs dövründə övladlarımız düşmən gülləsi ilə ölməyib. Biz onların ölümünün günahkarlarının tapılıb cəzalandırılmasını tələb edirik”.

    Aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyənin bayraqları tutublar. Onlar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Əsgərlərimiz ölməsin, ordu morqa dönməsi!”, “Əsgər ölümünə son!” şüarlarını səsləndirirlər.

    Polis aksiyaya müdaxilə etmir.

    Qaynaq:lent.az
0 0 0