Yenə payız gəldi

Son güncelleme:
  • Sevgi şeirləri - həsrət şeirləri - Yenə payız gəldi şeirin oxu


    Yenə payız gəldi sənsiz ömrümə,
    Otağım qaranlıq, divarlar soyuq.
    Tavana rəsmini çəkir gözlərim,
    Qəlbim buz parçası, duyğular soyuq.

    Qara buludlar tək nigarançılıq ,
    Həsrət gözlərinə kölgə salıbdır.
    Səni görməsəydim dəli olardı,
    Yaxşı ki, yadında şəklim qalıbdır.

    Səninlə üz-üzə durmuşuq sanki,
    Gözümüz danışır səssiz-səmirsiz.
    Bilməm, ayrılıqmı qorxutdu məni?
    Yanımda olsan da, darıxdım sənsiz.

    Nemət Tahir
0 0 0