Elm və mədəniyyət elə bir sərvətdir ki,heç bir
qüdrət və dövlət bunlarla rəqabətə girə bilməz.İnsan heç vaxt həyatında elmsiz və
mədəniyyətsiz keçinə bilməz.Elə bir insan tapılmaz ki,elmin cəhalətdən üstünlüyü dərk
etməmiş,elm və fəzilət sahiblərinə ehtiram bəsləməmiş olsun.
Allah-təala öz kəlamında bilən və
bilməyən arasındakı fərqi diri və
ölü,yaxud görən və
kor arasındakı fərqlə müqayisə edir.İslamda elmə və mədəniyyətə
verilən əhəmiyyət və dəyər başqa dini təlimlərdə və mədəniyyətlərdə müşahidə
edilmir.Peyğəmbəri-əkrəm (s) elmi insanlığın ziynəti hesab etmiş və belə söyləmişdir.
”Hər bir müsəlman üçün elm öyrənmək vacibdir”Başqa yerdə
sevimli Peyğəmbərimiz belə buyurub:”Elmi beşikdən qəbrədək öyrənin.Əgər elm dünyanın o
biri başında olsa da,onun ardınca gedin”İslam xəsislik və acgözlüyü,nadanlıq və cahilliyi
rədd etdiyi kimi,elm və düşüncəni pərdələməyi də haram buyurmuşdur.
Cahillikdən elmə çıxış bir növ zülmətdən işığa çıxış deməkdir.