İtdirsəyi

Son güncelleme: 15.01.2013 00:33
  • İtdirsəyi, onun meydana gəlmə səbəbləri və mualicə üsulları

    Həddindən artıq böyükdürsə özünüz müdaxilə etmək əvəzinə həkimə müraciət etməyiniz daha məsləhətdir

    Göz qapağının içərisində qığırdaq quruluşda olan yağ kisəciklərinin iltihablanması vəziyyətinə xalq arasında itdirsəyi deyilir.
    Bu yağ kisəcikləri kiçik şişliklər meydana gətirərək iltihablandığı üçün, göz qapağından göz səthinə təzyiq edərək ciddi ağrılara səbəb ola bilir.

    Bəs gözdə itdirsəyini yaradan səbəblər nədir?
    -Həddindən artıq stres,
    -Tozlu və ventilyasiyasız mühitlər,
    -Sızanaqlı dəri tipi,
    -Zəif immun sistemi,
    -Göz kanallarının bağlanması və ya tıxanıqlığı,
    -Başqalarının dəsmalını istifadə etmək və s. kimi faktorlar bu problemə vasitəçi ola bilər.

    İtdirsəyinə əllə çox toxunmaq olmaz. Onun içərisindəki iltihab yayılarsa daha pis nəticələr verə bilər. Çöldən itdirsəyinə közlənmiş soğan sürtmək faydalıdır. Sarımsaq da yaxşı effekt göstərsə də göz üçün təhlükəlidir. Çobanyastığı ilə isti kompres də bu problemin həllində sizə kömək edə bilər.
    Ancaq həddindən artıq böyükdürsə özünüz müdaxilə etmək əvəzinə həkimə müraciət etməyiniz daha məsləhətdir.

    Alıntı..
#15.01.2013 00:33 0 0 0