Ağladım - Vahid Əziz

Son güncelleme:
  • Vahid Əziz şeirləri - Ağladım şeirin oxu


    Güc gələndə yamanlar, gözlərimi bağladım
    Başımdakı dumanlar çiskin oldu ağladım...

    Dağ uçdu, qaya qopdu, dağılıb dünya qopdu
    Qan seli çaya hopdu insan öldü, ağladım...

    Bext baxmadı sözümə inam itdi özümə
    Arsız-arsız üzümə fələk güldü, ağladım...

    Soldu gülüm yarpagim pardaxlandı torpağım
    Heyatla ayrılmağın vaxtı gəldi, ağladım....

    Vahid Əziz
0 0 0