Elçin Aslangil şiirleri - Bakı senden gedirem şeirin oku
Bakı,
səndən gedirəm.
Bir xanımın kipriyi
məni daladı getdi.
Bakı səndən gedirəm.
Tüstün yox,
Odununda yox,
Belinə şal bağlayan qadının da yox.
Səndə qalmaq kirayədə tarakana bel bağlamaq.
Səndə qalmaq
siqnallara qulaq asmaq,
Qulaqlara pambıq basmaq.
Səndə qalmaq
Metrolarda pireslənmək,basmarlanmaq.
Küçələri sığalli,
Küçələrin arxasında
yağlı-buğlu qoğallı
Kişilərin əndazəsi cırır məni...
Bakı sənin atan yox,
Bakı sənin anan yox,
Haran varsa oran yox,
Harana söyüm sənin?
Səndə bir bina qurtarır,
Bir başqası sallanır göylərindən.
Səndə günahlar qara,
Günahların üzü mazut.
Səndə savablar,
Bir bayram axşamında
ac qarına fişənglərə tamaşa.
Bakı səni amirlər
Əmib qurudub yaman.
Nəfəsi qan qoxuyanlar
Yaman qudurub,yaman…
Bakı səndən gedirəm,
Tüstü qalxan evlərə,
Odun qıran babama,
Təndirə çörək yapan
Nənəmin obasına.
Əlvida yağlı Bakı,əlvida...